Menu
AZ EN FA

Bankın bisnes fəlsəfəsi

Bankda olduğu kimi filial da öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:

  • Etibarlılıq
  • Təhlükəsizlik
  • Düzgünlük
  • Dəqiqlik
  • Şəffaflıq
  • Yüksək keyfiyyətli xidmət
  • Müştəri ilə tərəfdaşlıq
  • Komandanın üzvlərini «sahibkara» çevirmək
  • İran-Azərbaycan iqtisadiyyatının inteqrasiyasına xidmət
  • Azərbaycan qanunlarına riayət və hörmət.

Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.

Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə layiq diqqət göstərməkdir.

Missiya bəyannaməsi

Bank həm filialın işçilərinə, həm də biznes tərəfdaşları olan müştərilərinə aşağıdakı çağırışları edir:

İşçi üçün – əlverişli iş şəraiti, motivasiya, işçini inkişaf etdirən bir banka çevrilməklə onların filial ilə uzunmüddətli əlaqələrini davam etdirmək üçün etimadlarını qazanmaq.

Biznes tərəfdaşı üçün – etibarlı bankda hər bir şəxsə fərdi yanaşma və fərdi yüksək xidmətlə onların etimadını qazanmaq. Xüsusən də İran-Azərbaycan ticarət-iqtsadi əlaqələrinin iştirakçıları üçün birinci seçim bank olmaq.