Menu
AZ EN FA

Cari hesablar

Bankımız rezident və qeyri-rezident fiziki şəxslərə manatla və xarici valyutalarda hesablaşma-kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.

Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma-kassa xidmətlərini göstərir:

  • Manatda və xarici valyutada cari və depozit hesablarının açılması;
  • Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
  • Hesaba daxil olmuş pul vəsaitlərinin alınması;
  • Hesabda vəsait qalığının saxlanması;
  • Konvertasiya xidməti;
  • Ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi;
  • AZN, ABŞ Dolları və Avro valyutalarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Əmanətlər (depozitlər) üzrə faizlərin alınması;

Bankımızda fiziki şəxslər üçün aşağıdakı növ hesablar açıla bilər:

  • Cari hesablar;
  • Əmanət hesabları;
  • Ssuda hesabları.

Cari hesabın açılması üçün tələb olunan sənədlər

  • Ərizə forması;
  • Azərbaycan vətəndaşları: şəxsiyyət vəsiqəsi;
  • Xarici ölkə vətəndaşları: passport, viza və ya müvəqqəti (və ya daimi) yaşayış haqqında icazə

Cari hesab üzrə əməliyyatların aparılması şərtləri

  • Cari hesab üzrə əməliyyatlar mövcud qanunvericiliyə əsasən hesabdakı qalıqlar çərçivəsində həyata keçirilir;
  • Cari hesabdakı pula faiz hesablanmır;
  • Göstərilmiş xidmətlərə görə komissiya, Bankın İdarə Heyətinin təsdiq etdiyi Tariflər əsasında, əməliyyatın keçirildiyi gün tutulur;
  • Müştəri, Müqavilə əsasında Bank tərəfindən ona təqdim olunmuş səlahiyyətləri çərçivəsində (tam və ya qismən) istənilən hərəkətləri etmək hüququnu qanunvericiliyə əsasən rəsmiləşdirilmiş etibarnamə ilə öz nümayəndəsinə təqdim edə bilər.