Menu
AZ EN FA

Hüquqi şəxslər üçün cari hesablar

Bankımız rezident və qeyri-rezident hüquqi şəxslərə manatla və xarici valyutalarda hesablaşma-kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.

Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma-kassa xidmətlərini göstərir:

  • Manatda və xarici valyutada cari və depozit hesablarının açılması;
  • Pul vəsaitlərinin saxlanılması;
  • Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
  • Hesaba daxil olmuş pul vəsaitlərinin hesabdan çıxarılması;
  • Hesabda vəsait qalığının saxlanması;
  • Hesabdakı vəsaitin idarə olunmasının banka həvalə olunması;
  • Hesaba vəsaitin əlavə olunması;
  • AZN, ABŞ Dolları və Avro valyutalarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Əmanətlər (depozitlər) üzrə faizlərin alınması;
  • Ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.

Hüquqi şəxslərin cari hesablarının açılması üçün tələb olunan sənədlər

​Bankımızda hüquqi şəxslərə hesabların açılması Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bu zaman aşağıdakı sənədlər tələb oluna bilər:

  • ərizə;
  • hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  • vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
  • Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar istisna olmaqla);
  • imza və möhür nümunələri vərəqəsi (notariat qaydasında təsdiq olunmuş);
  • imza və möhür nümunələri vərəqəsində göstərilmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənədin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
  • imza və möhür nümunələri vərəqəsində göstərilmiş şəxslərin səlahiyyətini təsdiq edən sənədin hüquqi şəxsin əsas möhürü ilə təsdiq edilmiş surəti.

Cari hesab üzrə əməliyyatların aparılması şərtləri

  • Cari hesab üzrə əməliyyatlar mövcud qanunvericiliyə əsasən hesabdakı qalıqlar çərçivəsində həyata keçirilir;
  • Cari hesabdakı qalığa faiz hesablanmır;
  • Göstərilmiş xidmətlərə görə komissiya Bankın İdarə Heyətinin təsdiq etdiyi Tariflər əsasında əməliyyatın həyata keçirildiyi gün tutulur;
  • Müştəri, Müqavilə əsasında Bank tərəfindən tanınmış səlahiyyətlərini (tam və ya qismən) qanunvericiliyə əsasən rəsmiləşdirilmiş etibarnamə ilə öz nümayəndəsinə ötürə bilər.