Menu
AZ EN FA

Bankın korporativ idarəetmə sistemi

Bankın auditini həyata keçirən kənar audit şirkəti  “NEXIA EA” MMC-dir.

Korporativ idarəetmə standartlarının tətbiqi ilə əlaqədar bankın üç illik biznes strategiyası hazırlanmışdır. Yeni strategiyada bank tərəfindən həyata keçiriləcək fəaliyyət növləri açıqlanmış, konkret məhsul, xidmət və faiz hədəfləri müəyyənləşdirilmişdir. Strategiyanın həyata keçirilməsi üçün bankın maliyyə proqnozları qarşıya qoyulmuş stratejı hədəflər nəzərə alınmaqla tərtib olunmuşdur.

Risklərin idarəedilməsi sahəsində məsul bölmənin, daxili nəzarət sisteminin effektivliyinin qiymətləndiriməsi üçün daxili audit bölməsinin yaradılması təsdiqlənmişdir.

Menecment informasiya sisteminin yaradılması istiqamətində kredit, likvidlik, açıq valyuta mövqeyinin və sair risklərin gündəlik əsasda ölçülməsinə, istənilən vaxt zəruri məlumatların əldə olunmasına imkan verən informasiya sistemləri yaradılmışdır.

Bankın mühasibat yazılışları, maliyyə hesabatları Beynelxalq Maliyyə Hesabatları Standardlarının tətbiqinə uyğunlaşdırılmışdır.

Bankda daxili Komitələr

Filialda Kredit Komitəsinin fəaliyyəti təmin edilmişdir.Kredit risklərinin effektiv idarəolunması, kreditlər üzrə monitorinqin aparılması üçün prosedurlar müəyyənləşdirilmişdir. Kredit komitəsinin reqlamenti müəyyənləşdirilmişdir ki, hansı ki, bu reqlament Milli Bankın “Banklarda korporativ idarəetmə standartların tətbiqi” qaydaların və bankın Baş ofisinin tələblərini özündə əks etdirir. Kredit Komitəsi yeddi nəfərdən ibarətdir:

  1. Kreditləşmə üzrə əsas vəzifəli şəxs – Komitə sədri (Filial müdiri)
  2. Kreditləşmə üzrə əsas vəzifəli şəxs – Filialın müdir müavini
  3. Kreditləşmə üzrə əsas vəzifəli şəxs – Filialın müdir müavini
  4. Kredit departamentinin rəisi
  5. Müştəri Xidmətləri Departamentinin rəisi
  6. Baş mühasib
  7. Bankın problemli işlər üzrə departamentinin rəisi

Kredit Komitəsinin hesabatlıq sistemi yaradılmış və hesabatların formatı, müddəti və dövriliyi müəyyənləşdirilmişdir.