Menu
AZ EN FA

Bank haqqında

Bank Melli İran 88 ildir fəaliyyət göstərməkdə davam edən, 3300 filialı və 43000 işçisi olan nəhəng bir İran bankıdır.

Bankın inkişaf strategiyası:

Bank Melli İran bütün dünyada geniş filial şəbəkəsinə malik olan bir bank olmaqla  onun Direktorlar Şurası Azərbaycan Respublikasının iqtisadiyyatının inkişaf meyllərini nəzərə alaraq Azərbaycanda özünün iqtisadi münasibətlərini daha da genişləndirmək, artan xətt üzrə Azərbaycan İran və İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iqtisadi subyektlərinə daha geniş və operativ maliyyə-kredit xidmətləri göstərmək üçün 1993-cü ildən Bakı şəhərində yerləşən Bakı filialına münasibətdə  yeni bir strateji baxış formalaşdırır.

Azərbaycanın İranla qonşu ölkə olmaqla İran-Azərbaycan iqtisadi əlaqələrinin getdikcə artmasını, Azərbaycan iqtisadiyyatının inkişafını, bu bazarda maraqlarını nəzərə alaraq Baş idarənin Filial barədə strateji baxışı onu törəmə banka çevirmək, kiçik və orta biznes ilə məşğul olan müəssisələrə, xüsusən də İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iştirakçıları olan şirkətlərə geniş çeşidli maliyyə xidmətləri göstərmək və bu iki qardaş ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə yardım etməkdən ibarətdir.

Bankda aparılan strateji planlaşdırma prosesi müxtəlif istiqamətli metodlar vasitəsilə həyata kecirilir. Əsasən bu metodlardan ən mühümlərindən olan əmsal, normativ və balans metodlarından istifadə edilir. Bank öz strateji planlaşma prosesi üçün yəni daha uzun müddətə göstəriciləri müəyyənləşdirmək ücün, illər üzrə göstəricilərin artım dinamikasını tapır və orta illik artıma uyğun olaraq plan ilindəki göstəriciləri yeni maliyyə ili ücün planlaşdır.

Yuxarıda qeyd olunan metodları həyata keçirən zaman stratejı planlaşma fasiləsizlik,operativlik, elmi cəhətdən əsaslandırma prinsiplərinə söykənir.

Stratejı Planlaşdırma və təşkilati struktur standartının prinsip və metodologiyalarını əsas tutaraq Filial üzrə Baş İdarənin  strateji baxışı qısa olaraq aşağıdakı kimi formalaşır:

Bank Melli İran Bakı filialını əsas etibarı ilə orta biznesə, bu biznesin inkişaf etdiyi regionlarda yerləşən satış şəbəkəsi vasitəsi ilə geniş maliyyə xidmətləri göstərən törəmə banka çevirmək.

Bu strateji baxışa uyğun olaraq, Bank gələcəkdə bir törəmə bank kimi müştərilərinə geniş çeşidli maliyyə xidmətləri göstərməyi nəzərdə tutur ki, bu da kompleks xidmət və biznes tərəfdaşlığı əsasında mümkündür.

Bankın İdarə Heyəti üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, təhsili və ixtisasları:

Ad, soyad və ata adı: Najafimarganmaskan Asghar Khalil
Vəzifə: Filialın müdiri vəzifəsinin müvəqqəti icraçısı
Təhsili: Ali təhsilli
Tel: (+994 12) 598 90 02
Faks: (+994 12) 598 90 06
E-mail: a.najafi@bmibaku.az

Ad, soyad və ata adı: İbrahimov Anar Arif oğlu
Vəzifə: Filialın müdir müavini
Təhsili: Ali təhsilli, Maliyyə-Kredit
Tel: (+994 12) 598 90 03
Faks: (+994 12) 598 90 06
E-mail: a.ibrahimov@bmibaku.az