Menu
AZ EN FA

"Bank Melli İran" Bakı filialının inkişaf strategiyası

Bankın inkişafı üzrə aşağıdakı uzun, orta və qısa dövr üzrə strateji baxışlarıı formalaşmışdır:

A. Uzunmüddətli strateji dövrdə (2016-2019)

Uzunmüddətli strateji dövrdə Bank əsas etibarı ilə kiçik və orta biznesə, xüsusən İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iştirakçılarına xidmət göstərən, iki ölkənin iqtisadi inteqrasiyasında başlıca rol oynayan, aktivlərinin, depozit və kredit portfelinin həcminə görə bank bazarının ən azı 5%-nə malik, güclü komandası olan, stabil və gəlirli bir törəmə banka cevrilmək əsas hədəfdir.

B. Ortamüddətli strateji dövrdə (2016-2017)

Ortamüddətli strateji dövrdə kiçik və orta biznesin müştəri bazasına qoşulması ilə geniş müştəri şəbəkəsi yaratmaq əsas strateji hədəfdir.

C. Qısamüddətli strateji dövrdə (2016)

Qabaqcıl korporativ idarəetmə sistemlərinin əsaslanaraq, dayanıqlı və sağlam komanda formalaşdırmaq, keyfiyyətli kredit portfeli formalaşdırmaq, marketinq və satış işini, habelə müştəri xidmətinin təkmil standartlarını yaratmaq qısamüddətli dövr üçün əsas strateji hədəfdir.

2016-2019-cu illər üzrə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq üçün bank aşağıdakı layihələr üzrə əməliyyat planları hazırlayıb həyata keçirməlidir:

  • Bankda  Azərbaycan və İran qanunvericiliyi, Bankın  strateji inkişaf istiqamətləri və qabaqcıl beynəlxalq təcrübəni özüdə əks etdirən sistemləri yaratmaq
  • Məhsul və xidmətlər üzrə təlimat kitabını mütamadi təkmilləşdirmək

 1. İnsan resurslarının idarəedilməsi sistemlərini yaratmaq

  • Təkmil HR strategiyasını müəyyənləşdirmək
  • Daima elastiki bazara uyğunlaşan əməyin qiymətləndirilməsi sistemini inkişaf etdirmək
  • Motivasiya sistemini qurmaq
  • İşçilərin iş şəraitini yaxşılaşdırmaq
  • Personalın inkişaf sistemini qurmaq

 2. Marketinq və satış işini yenidən qurmaqla, müştəri xidəmtlərini «müştəri məmnunluğu» prinsiplərinə tam uyğunlaşdırmaq

  • Marketinq stratategiyasını müəyyənləşdirmək və tətbiq etmək
  • Reklam stratategiyasını müəyyənləşdirmək və tətbiq etmək
  • Məhsul yaratma sistmini yaratmaq
  • Satış şəbəkəsini genişləndirmək
  • Müştəri xidməti standartları hazırlamaq və tətbiq etmək
  • Müştəri seqmentasiyasını aparmaq
  • Borclan müştəri reytinq sistemi üzrə avtomatlaşdırılmış baza yaratmaq
  • Müştəri profaylını təkmillədirmək
  • Satış texnologiyalarını təkmilləşdirmək
  • Yeni aktiv məhsulları hazırlamaq
  • Yeni passiv məhsulları hazırlamaq
  • Marketinq işini təkmilləşdirmək

 3. Bankda  xəzinədarlıq işini təkmilləşdirmək

  • Likvidliyin səmərəli idarəedilməsində təkmilləşmə
  • Kapitalın gəlirliyini təmin etmək

 4. Məlumat texnologiyaları və məlumat axınlarını təkmilləşdirmək

  • İ.T siyasətinin inkişaf etdirilməsi
  • Məlumat təhlükəsizliyi sistemini mütəmadi təkmilləşdirmək

 5. Maliyyə menecmenti işində səmərəli qabaqcıl metodların tətbiqi

  • Maliyyə menecmenti siyasətini müəyyən etmək və tətbiq etmək
  • Maliyyə menecmentinin müştəri əlaqələrindən mərhələli ayrılmasını təmin etmək
  • Maya dəyərinin hesablanması metodologiyasını müəyyən etmək və tətbiq etmək
  • Məhsul və xidmətlərin mənfəətliyinin tətqiqi və perspektiv starteji araşdırmaların mütamadi aparılması