Menu
AZ EN FA

Kapitalın strukturu və adekvatlığı

“Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” qaydalarına əsasən «Bank Melli İran» Bakı filialı məlumatları istifadəçilərə çatdırmaq məqsədilə Bank kapitalın strukturu və adekvatlığı barədə məlumatlar.

Məlumatların açıqqlamasında əsas məqsəd məlumat istifadəçilərini iqtisadi qərarlar qəbul edərkən bankın maliyyə vəziyyəti ilə bağlı apardıqları qiymətləndirmənin nəticələrinə və qərarların qəbul edilməsinə təsir göstərə bilən, bununla müxtəlif bankları səmərəli müqayisə etməyə imkan verən informasiya ilə təmin etməkdir.

Bankın korporativ idarəetmə sistemi

Korporativ idarəetmə standartlarının tətbiqi ilə əlaqədar bankın üç illik biznes strategiyası hazırlanmışdır. Yeni strategiyada bank tərəfindən həyata keçiriləcək fəaliyyət növləri açıqlanmış, konkret məhsul, xidmət və faiz hədəfləri müəyyənləşdirilmişdir. Strategiyanı həyata keçirilməsi üçün bankın maliyyə proqnozları qarşıya qoyulmuş stratejı hədəflər nəzərə alınmaqla tərtib olunmuşdur.

Risklərin idarəedilməsi sahəsində məsul bölmənin, daxili nəzarət sisteminin effektivliyinin qiymətləndiriməsi üçün daxili audit bölməsinin yaradılması təsdiqlənmişdir.

Menecment informasiya sisteminin yaradılması istiqamətində kredit, likvidlik, açıq valyuta mövqeyinin və sair risklərin gündəlik əsasda ölçülməsinə, istənilən vaxt zəruri məlumatların əldə olunmasına imkan verən informasiya sistemləri yaradılmışdır.

Bankın mühasibat yazılışları, maliyyə hesabatları Beynelxalq Maliyyə Hesabatları Standardlarının tətbiqinə uyğunlaşdırılmışdır.

Kredit risklərinin effektiv idarəolunması, kreditlər üzrə monitorinqin aparılması üçün prosedurlar müəyyənləşdirilmişdir. Kredit komitəsinin reqlamenti müəyyənləşdirilmişdir ki, hansı ki, bu reqlament Milli Bankın “Banklarda korporativ idarəetmə standartların tətbiqi” qaydaların və bankın Baş ofisinin tələblərini özündə əks etdirir.

Kredit komitəsinin hesabatlıq sistemi yaradılmış və hesabatların formatı, müddəti və dövriliyi müəyyənləşdirilmişdir.

​Hesabatlar PDF fayl formatında