Menu
AZ EN FA

Hüquqi şəxslər üçün kreditlər

Bankımız müştərilərinə müxtəlif növ kredit məhsullarını təqdim edir.  Uzun müddət bankla  əməkdaşliq edən, sabit maliyyə vəziyyətinə və müsbət kredit tarixçəsinə malik olan, özəl müəssisə və təşkilatlara üstünlük verir.

Kreditlərin növləri:

  • Sahibkarlara fəaliyyətin genişləndirilməsi məqsədi ilə;
  • Ticarət və xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə dövriyyə vəsaitinin artırılması məqsədi ilə;
  • Nəqliyyat və rabitə sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə fəaliyyətin inkişafı məqsədi ilə;
  • Sənaye və İstehsalat sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə istehsalatın genişləndirilməsi məqsədi ilə;
  • İnşaat və əmlak  sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə fəaliyyətin inkişafı məqsədi ilə.

 

Hüquqi şəxslərə və sahibkrlıq fəaliyyətilə məşqul olan fiziki şəxslərə  biznes məqsədi ilə kreditlər

Kreditin məbləği:  150.000  ABŞ dollarının  manat ekvivalenti
İllik faiz:  21-23%
Müddət: 36 aya-dək
Təminat: Daşınmaz əmlak
FİFD: (Faktiki illik faiz dərəcəsi) 23.40 %

  1. Kredit  Bakı, Sumqayıt şəhərində və Abşeron rayonunda daimi qeydiyyatda olan vətəndaşlara verilir.
  2. Kredit 6-36 ay müddətinə verilir.
  3. Borc alan şəxs ödənişlərini ödəniş qrafikinə uyğun şəkildə bərabər (annuitet) və ya azalan (proporsional) qaydada ödəyir.   

 

Kreditlərin verilmə şərtləri

Verilmiş kreditlərin təminatı olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda  olan daşınmaz əmlak girov götürülür.

Ödənişlər hər ay ödəmək şərti ilə proporsional və ya anuitet qrafiklər əsasında tələb edilir.

Kreditlər manatla verilir.

Girov qoyulan əmlak itkilərdən, zədələnmələrdən və 3-cü şəxslərin zərər və ziyanlarından kredit müraciətcisinin hesabına Bankda akkreditasiyadan keçmiş sığorta şirkətlərininin birində sığortalanmalıdır