Menu
AZ EN FA

Risk idarəetmə strukturu və səlahiyyətləri

Risklərin idarə edilməsini həyata kecirən struktur və onun səlahiyyətləri:

  1. Bank Melli İran Baki filialinda risklərin idarə olunması Risklərin İdarə Edilməsi Departamenti tərəfindən həyata kecirilir;
  2. Bütün növ risk limitlərinə riayət olunmasına post-faktom həm kompüter sistemləri, həm də ehtiyac olduqda fiziki sənədlər vasitəsi ilə nəzarəti həyata keçirir;
  3. Mütəmadi olaraq, Filialın  bütün fəaliyyəti üzrə risklilik göstəricilərini təhlil edir bu barədə konkret təkliflər hazırlayır və onları Filialın  müdirinə təqdim;
  4. Risklərin idarə edilməsinin siyasətinin və proseduralarının layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
  5. Risklərin müəyyən olunması və ölcülməsi üzrə stanradtlar layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
  6. Bütün aktiv və passiv əməliyyatilar üzrə limitlər, onlara dəyişikliklər üzrə təkliflər hazırlayır və Filialın  müdirinə təqdim edir;
  7. Risklərin idarə edilməsi üzrə təsdiq olunmuş siyasət və proseduralarla struktur bölmələrinin işçilərini tanış edir və bankdaxili seminarlar keçirir;
  8. Risklərin idarə edilməsi işində bankın bütün struktur bölmələrinə metodiki köməkliklər edir;
  9. Hər hansı məhsul və xidmət satışa çıxarılmamışdan əvvəl ona münasibət bildirir;
  10. Risklərin daima minimallaşdırılması üzrə təkliflər hazırlayır və Filialın  müdirinə təqdim edir.