Menu
AZ EN FA

Bank risklərinin idarəedilməsi

Bank Melli İran Bakı filialında Likvidlik risklərinin idarə edilməsi

Bankın likvidliyi – bankın kreditorları, əmanətçiləri və başqa müştəriləri qarşısında öz öhdəliklərini vaxtında və itkisiz yerinə yetirmək qabiliyyətidir. Bankın öhdəlikləri real və şərti olur.

Real öhdəliklər - bankın balansında tələb olunanadək depozitlər, təcili depozitlər, cəlb olunmuş banklararası resurslar, kreditorların vəsaitlər şəklində əks olunur.

Şərti öhdəliklər - balansarxası passivlərlə (bank tərəfindən verilən zəmanətlər və təminatlar və s.) və balansarxası aktiv əməliyyatlarla (istifadə olunmamış kredit xətləri və verilən akkreditivlər) ifadə olunmuşdur.

Bank Melli İran Bakı filialı öhdəlikləri yerinə yetirmək üçün aşağıdakı likvid aktivlərdən istifadə edir:

  • Kassada və müxbir hesablarda pul qalıqları şəklində ifadə olunmuş nağd pul
  • Təcili surətdə nağd pula çevrilə bilən aktivlər
  • Lazım gəldikdə banklararası bazardan alına biləcək banklararası kreditlər
  • Başqa cəlb olunmaş vəsaitlər, məsələn, depozit sertifikatlarının və bank veksellərinin buraxılışı

Bank tərəfindən yığılmış (nağd pul, yüksək likvidli qiymətli kağızlar) və alınacaq (yenidən alınmış) (cəlb olunan banklararası kreditlər, bank veksellərinin buraxılışı, depozit və əmanət sertifikatlarınınburaxılışı)likvidlikvardır.

Bankın likvidliyinin bu əlamətlərinə riayət olunması (öhdəliklərin vaxtında və  itkisiz yerinə yetirilməsi) bankın fəaliyyət keyfiyyətlərini və ətraf mühitin vəziyyətini müəyyən edən daxili və xarici amillərlə əlaqədardır.

Daxili amillərə bank aktivlərinin keyfiyyəti, cəlb olunan vəsaitlərin keyfiyyəti, aktiv və passivlərin müddətlər üzrə birləşməsi, savadlı menecment, bankın imici aiddir.

Bankın aktivlərinin keyfiyyəti üç xüsusiyyətə malikdir: likvidlik, risklilik, gəlirlilik.

Aktivlərin likvidliyi və aktivlərin likvidlik dərəcələrinə görə qruplaşdırılması:

Aktivlərin likvidliyi – aktivlərin borclu tərəfindən reallaşması və ya ödənilməsi vasitəsilə itkisiz nağd pula transformasiya olunması qabiliyyətidir. Bu zaman mümkün itkilərin dərəcəsi aktivlərin riskliliyi ilə əlaqədardır.   Likvidlik dərəcəsinə görə bankın aktivləri bir neçə qrupa bölünür:

Birinci qrup - birinci qrup likvid aktivlərindən ibarətdir:

  • bankın kassasında və müxbir hesablarda yerləşən pul vəsaitləri
  • bankın portfelində yerləşən dövlət qiymətli kağızları

Likvid aktivlərin (birinci və ikinci ehtiyatların) bu qrupunun daha yüksək payı depozitləri böyük və qeyri-sabit olan və ya ssudaya olan tələbatın artacağı gözlənilən banklar üçün zəruridir.

İkinci qrupa hüquqi və fiziki şəxslərə qısamüddətli ssudalar, banklararası kreditlər, faktorinq əməliyyatları, satış üçün nəzərdə tutulan korporativ qiymətli kağızlar. Bunlar nağd pula çevrilmək üçün daha uzun müddət tələb edir.

Üçüncü qrupa - Aktivlərin üçüncü qrupu uzunmüddətli əmanətləri və bankın investisiyalarını, o cümlədən uzunmüddətli ssudalar, investisiya qiymətli kağızlarıdır.

Dördüncü qrupa – vaxtı keçmiş ssudalar şəklində qeyri-likvid aktivlər, bina və qurğulardır.

Aktivlər az likvidli olduqca risklilikləri yüksəkdir, yəni aktivlər pul vəsaitlərinəçevrilən zaman itkilərin potensial imkanı yüksəlir.

Aktivlərin gəlirliliyi – onların banka gəlir gətirmək qabiliyyətidir. Bu meyara görə aktivlər gəlir gətirən (ssudalar, qiymətli kağızlara qoyulan vəsait və s.) və gəlir gətirməyənlərə (Azərbaycan Respublikası Mərkəzi Bankında müxbir hesabda olan pul vəsaitləri, bina və qurğular) bölünür.

Bankın likvidliyi həmçinin cəlb olunan vəsaitlərin keyfiyyəti ilə, yəni öhdəliklərin likvidliyi ilə, depozitlərin sabitliyi və xarici borclardan az asılılıqla müəyyən edilir. 

Öhdəliklərin likvidliyi bank üçün cəlb olunan vəsaitlərin müəyyən səviyyədə saxlanması ilə ödənişin sürətini və təzələnmənin dərəcəsini xarakterizə edir, onların təcili strukturunu əks etdirir.

Bankın likvidliyinə məbləğlər və müddətlər üzrə aktiv və passivlərin birləşməsi ciddi təsir edir. Bank tərəfindən müştəri qarşısında öhdəliklərinin yerinə yetirilməsi investisiya qoyulan pul vəsaitlərinin müddətlərinin əmanətçilərin təqdim etdikləri pul vəsaitləri ilə razılaşdırılmasını nəzərdə tutur. Əsasən cəlb olunan resurslarla işləyən bank tərəfindən bu qaydanın nəzərə alınmaması onun kreditorlar qarşısında öz öhdəliklərinin yerinə yetirə bilməməsinə gətirib çıxarır.

Bankın aktiv və passivlərinin, həmçinin onun şərti öhdəliklərinin nisbəti, konkret dövr ərzində bankın likvidlik mövqeyinin vəziyyətini müəyyən edir. Bankın likvid mövqeyinin vəziyyətinin onun likvidliyinə təsirinin qiymətləndirilməsi zamanı nəinki müddətlər üzrə aktivlərin və passivlərin həcmində uyğunsuzluqları nəzərə almaq, həm də bu uyğunsuzluğun ümumi öhdəliklərə olan səviyyəsini, həmçinin bu uyğunsuzluqların dinamikasını nəzərə almaq lazımdır.
Bankın likvidliyinin daxili amillərinə menecment, yəni bütövlükdə bankın fəaliyyətinin və xüsusilə də likvidliyinin idarə edilməsi sistemi aiddir. Bankı idarə etmənin keyfiyyəti bank siyasətinin məzmunu; cari və strategi məsələləri həll etməyə imkan verən səmərəli təşkilati strukturu; bankın aktiv və passivlərinin idarəetmə mexanizmi; prosedurların dəqiqliyi, o cümlədən məsul qərarların qəbul edilməsi ilə müəəyən edilir.

Bankın likvidliyini imic kimi amil də şərtləndirir. Bankın müsbət imici ona resursların cəlb edilməsində başqa banklar qarşısında üstünlük verir, depozit bazanın sabitliyini və xarici tərəfdaşlarla əlaqələrin inkişafını təmin edir.

Bankın likvidliyinin xarici amillərinə ölkədə siyasi və iqtisadi vəziyyət, qiymətli kağızlar bazarının və banklararası bazarın inkişafı, Mərkəzi Bank tərəfindən ölkənin kommersiya banklarının yenidən maliyyələşdirilməsi sistemi, onun nəzarət funksiyalarının səmərəliliyi aiddir.

Likvidliyin tənzimlənməsi üçün onun qiymətləndirilməsi metodları

Likvidliyin qiymətləndirilməsi üçün iki qiymətləndirmə metodundan istifadə olunur:                                  

  1. Əmsallar vasitəsilə
  2. Nağd pul axını əsasında                                                                           

Əmsallar metodunun əsasını müəyyən edilmiş likvidliyin qiymətləndirmə göstəriciləri təşkil edir. Bu əmsallar arasında minimum bankdaxili qoyulan tələb ani likvidlik əmsalı üzrə 50 faiz;cari likvidlik əmsalı üzrə-70faiz nəzərdə müəyyənləşmişdir.

Bank likvidliyinin əmsal normativləri vasitəsilə  tənzimlənməsi ilə yanaşı, likvid mövqeyin likvidliyinin qiymətləndirilməsi də inkişaf edir: Ümumi və valyuta kəsiyində.

Əmsallar metodunda ehtiyat kimi başa düşüldüyü halda, nağd pul  axını metodu zamanı likvidlik axın kimi  başa düşülür.

Bankın likvidlik mövqeyi onun müəyyən dövrdə pul vəsaitlərinin və öhdəliklərinin nisbətini əks etdirir. Əgər bu dövr ərzində (müəyyən tarixə) müştərilərə tələblər (aktivlər) öhdəliklərdən artıq olarsa, likvidliyin artığı olacaq ki, bunlar da pul vəsaitlərinin axıb getməsi deməkdir. Bu, tələbləri (daxilolmaları) üstələyir – likvidliyin çatışmamasını göstərir.

Likvidlik vəziyyəti cari və növbəti tarixlər üçün, yəni perspektiv üçün qiymətləndirilir. Likvid mövqeyin müəyyənləşdirilməsi üçün restrukturlaşdırılmış balans tərtib olunur ki, burada aktivlər və passivlər ödənilmə və tələb olunana qədər müddətlər üzrə təsnifləşdirilir.

Likvidliyin idarə edilməsi sahəsində menecmentin məqsədi:

Likvidliyin və gəlirliliyin optimal nisbətini təmin etməkdir.

Likvidliyin planlaşdırılması:

Likvidlik planlaşdırılarkən diqqət təkcə balansın aktivlər olan hissəyə deyil yəni yalnız aktivlərin idarə olunmasından istifadə edilməməlidir.Likvidliyin idarə olunmasında balansın hər iki tərəfindən səmərəli istifadə olunması mütləq nəzərə alınmalıdır. Bu isə likvidliyin planlaşdırılmasının səmərəliliyini zəruriləşdirir.

Bir çox amillər  və bəzən bir birinə zidd olan amillər bank əməliyyatlarının aparılmasına dair qərarların aparılmasına təsir edir.Bank yüksək likvidli vəsaitin böyük məbləğdə qalmasına şərait yaratmamalıdır.Likvidliyin planlaşdırılması üçün periodik olaraq vəsaitlərin yaranması  –generasiyası və onun müvafiq olaraq yerləşdirilməsi üzrə proqnoz səciyyəli pul vəsaitlərinin axınını izləməlidir.Bu zaman vəsaitlərin yaranması mənbələri və yerləşdirilməsi istiqamətləri də nəzərdə tutulmalıdır.

Likvidliyin planlaşdırılmasını filialın məsələlərə dair  qərar verən  yaradılmış kollegiyaya həvalə edilir.Kollegiyaya rəhbərliyi müdir həyata keçirir.İcraya nəzarət müdirə həvalə edilir. Likvidliyin planlaşdırılmasında bankın likvidliyə məsul strukturu- Risklərin İdarəolunması Departamentidir. O hesabatını filailın müdirinə təqdim edir.

Likvidliyin idarəolunması üzrə gündəlik təhlil,qısamüddətli və uzunmüddətli planlaşdırma və likvidliklə bağlı hər hansı bir təhlil Risklərin idarəolunması departamenti tərəfindən hazırlanır və bankın  müdirinə günlük ,həftəlik,aylıq,illik hesabatlarını verir. Risklərin idarəolunması departamenti likvidliklə bağlı vəziyyətin gəlirlilik və prudens idarə etməlilik göstəricilərinin taraz istiqamətlənməsini təmin etməyə məsul strukturdur.gündəlik təhlili aparır.

Eləcə də uzun müddətə planlaşmanı ödəniş müddətləri bölgüsü cədvəli əsasında müəyyənləşdirir.Bunun üçün tarixi analitik sənədlər toplanılır.Likvidliyin planlaşdırılmasında aşağıdakılar nəzərə alınmalıdır:

  • likvidliyin mövcud vəziyyətini(xəzinədə olan nağd vəsait, Mərkəzi bankda və banklarda müxbir hesablarda olan qalıqlar,bankın portfelində olan tez satıla bilən qiyməli kağızlar);
  • vəsaitə tarixən yaranmış tələbatı(əvvəlki illlərdə baş verən hadisələrin bu il də təkrar olunmasının mümkünlüyü,mövsümü və tarixən yaranmış depozit axınlarını,yaxud kredit verilməsinə olan tələbatı);
  • gələcəkdə vəsaitə gözlənilən tələbatı(kredit verilməsi üzrə öhdəlikləri,vaxtı çatmış depozitlərin şdənilməsini,əsas vəsaitin alınmasını);
  • vəsait mənbələrini(bankın likvidlik tələbatının ödənilməsi üçün aktivlərin,o cümlədən xarici valyutanın satılması,başqa banklardan borc götürülməsi və ya subordinasiyalı borc,payların artırılması);
  • bank əməliyyatlarına cəlb olunmuş resursların dəyərini;
  • aktivlərin keyfiyyətini(aktivlərin pis keyfiyyətinin bankın likvidliyinə təsirindən yaxşı xəbərdar olmalı,qeyri-işlək kreditlərin yüksək səviyyədə olması səbəbindən nağd pul axının olmamasına təsirini bilməli);
  • bankın əməliyyyatlarının həyata keçirilməsi üçün resursların hansı mənbələrdən əldə edilməsi və ya hansı mənbələrdə cəmləşməsi(müştərilər tərəfindən böyük məbəçlərdə əmanətlərin çıxarılması riski,iri kredit məbləğlərinin ödənişi planlaşdırılmış müddətlərdə müştərininödənilməmə riski və.s);
  • bankın umumi vəziyyətini, ocümlədən kapitalın və mənfəətin səviyyəsini(bankın maliyyə vəziyyəti ağır olduqda onda yerləşdirilmş vəsaitlərin likvidliyi qiymətləndirilməlidir);
  • istifadə olunmamış kredit xətlərini,akkreditivləri,kreditləşmə üzrə öhdəliklər kimi gözlənilməz öhdəlikləri,balansdankənar öhdəlikləri). Balansdankənar öhdəliklər və balansdankənar tələblər mütəmadi olaraq təhlil edilməlidi. Balansdankənar öhdəliklər risklilik baxımından nəzarət olunmalı mütəmadi olaraq balansdankənar tələblər təhlil edilməlidi;
  • fövqaladə vəziyyətlərdə böhrandan çıxılması(bankdan qeyri-adi dərəcədə depozit axınına səbəb olan bank haqqında şayiələr)üçün rəhbərliyin görəcəyi tədbi.

Likvidlik riski həm də bu risk aktivlərin və passivlərin arasında müdətlərdə və ölçülərdə fərqlərdən əmələ gələn habelə likvid vəsaitlərin düzgün idarə edilməməsi nəticəsində ola biləcək gəlirin əldə ediləməməsi riskidir.

Likvidlik riskinin növləri:

  • Likvid çatışmazlıq riski
  • Artıq likvidlik riski

Bu likvidlik riskinin idarə edilməsi metodları:

  • Likvidliyin düzgün planlaşdırılması
  • Ssenarilərin hazırlanması
  • Aktiv-passivlərin düzgün idarəedilməsi