“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi Qaydaları”na və müvafiq bankdaxili qaydalara əsasən İstehlakçıların (müştərilərin) hüquqları haqqında məlumat.
- Müştəriyə məhsul/xidmət seçməkdə köməklik göstərmək və düzgün məlumat vermək aidiyyəti bank əməkdaşının borcudur.
- Kreditin növündən asılı olaraq sifarişlərə baxılması və kreditin verilməsi üzrə qərarlar barəsində Bank tərəfindən müəyyən edilmiş müddət ərzində müştəriyə cavab verilməsi təmin edilməlidir.
- Kreditin növündən asılı olaraq tələb olunan sənədlər, kredit şərtləri və güzəştlər barəsində məlumatlar açıqlanmalıdır.
- Kredit verilməsinə imtina qərarı qəbul edildikdə, sifarişçiyə imtinanın səbəbləri göstərilməklə aydın şəkildə izah olunmalıdır.
- Müştərilərin bankın məhsul/xidmətləri haqqında şikayət etmək hüququ var. Müştərilər şikayətlərini [email protected] email ünvanına göndərə bilər. Müştərilər həftənin iş ğünləri, saat 9:00-dan 18:00-dək İşçı qrup tərəfindən qəbul olunur.
- Görüş üçün əvvəlcədən (012) 5989005 telefon nömrəsi və ya [email protected] e-mail vasitəsi ilə qeydiyyatdan keçmək zəruridir.