Bankımız rezident və qeyri-rezident fiziki şəxslər və hüquqi şəxslərə milli və xarici valyutalarda hesablaşma-kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.
Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma-kassa xidmətlərini göstərir:
- Milli və xarici valyutada cari və depozit hesablarının açılması;
- Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
- Hesaba daxil olmuş pul vəsaitlərinin alınması;
- Hesabda vəsait qalığının saxlanması;
- Ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi;
- AZN, ABŞ Dolları və Avro valyutalarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
- Əmanətlər (depozitlər) üzrə faizlərin alınması;
Bankımızda fiziki şəxslər üçün aşağıdakı növ hesablar açıla bilər:
- Cari hesablar;
- Əmanət hesabları;
- Ssuda hesabları.