Cari Hesablar - Fərdi Bankçılıq

Bankımız rezident və qeyri-rezident fiziki şəxslər və hüquqi şəxslərə milli və xarici valyutalarda hesablaşma-kassa xidməti göstərir. Müştərilərə göstərilən xidmətlərin tarifləri İdarə Heyəti tərəfindən təsdiq olunur.

Bankımız öz müştərilərinə aşağıdakı hesablaşma-kassa xidmətlərini göstərir:

  • Milli və xarici valyutada cari və depozit hesablarının açılması;
  • Azərbaycan daxilində və xaricə pul köçürmələrinin həyata keçirilməsi;
  • Hesaba daxil olmuş pul vəsaitlərinin alınması;
  • Hesabda vəsait qalığının saxlanması;
  • Ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi;
  • AZN, ABŞ Dolları və Avro valyutalarında konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Əmanətlər (depozitlər) üzrə faizlərin alınması;

Bankımızda fiziki şəxslər üçün aşağıdakı növ hesablar açıla bilər:

  • Cari hesablar;
  • Əmanət hesabları;
  • Ssuda hesabları.

Fiziki şəxslər üçün cari hesabın açılması üçün tələb olunan sənədlər

  • Azərbaycan vətəndaşları üçün: şəxsiyyət vəsiqəsi;
  • Əcnəbilər üçün: passport, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər sərhədkeçmə sənədləri. 

Cari hesab üzrə əməliyyatların aparılması şərtləri

  • Cari hesab üzrə əməliyyatlar mövcud qanunvericiliyə əsasən hesabdakı qalıqlar çərçivəsində həyata keçirilir;
  • Cari hesabdakı pula faiz hesablanmır;
  • Göstərilmiş xidmətlərə görə komissiya, Bankın İdarə Heyətinin təsdiq etdiyi Tariflər əsasında, əməliyyatın keçirildiyi gün tutulur;
  • Müştəri, Müqavilə əsasında Bank tərəfindən ona təqdim olunmuş səlahiyyətləri çərçivəsində (tam və ya qismən) istənilən hərəkətləri etmək hüququnu qanunvericiliyə əsasən rəsmiləşdirilmiş etibarnamə ilə öz nümayəndəsinə təqdim edə bilər.

KREDİT

Kalkulyatoru

KREDİT

Müraciəti

12%-dən

başlayaraq

NAĞD KREDİTLƏRİ QAÇIRMAYIN!