Menu
AZ EN FA

Bankın səhmdarı

Filial İran İslam Respublikasında yerləşən Bank Melli İrana məxsusdur və onun Azərbaycanda ayrıca idarəetmə orqanları yoxdur. Azərbaycan qanunvericiliyinə uyğun olaraq bankın idarəetmə orqanları deyildikdə Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti nəzərdə tutulur) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Filialın burada idarəetmə  orqanları olmadan fəaliyyət göstərməsi tamamilə qanunvericiliyə uyğundur. Bununla belə, Azərbaycan Mərkəzi Bankının 3 noyabr 2004-cü ildə qəbul etdiyi «Azərbaycan banklarında korporativ idarəetmə standartlarının tətbiqi qaydalarının» tələblərinə əsasən bankda, o cümlədən bankda bütün qərarqəbuletmə səlahiyyətləri, o cümlədən limitlər, tariflər, səlahiyyətlər, prosedurlar, siyasətlər və normativ xarakterli bəzən də gündəlik  bank fəaliyyətini əhatə edən qərarlar Müşahidə Şurası tərəfindən qəbul olunmalıdır və AMB-nin niyyəti Müşahidə Şurasını bankın fəaliyyətinə gündəlik nəzarət edən bir struktura çevirməkdir.

Məlumatların açıqqlamasında əsas məqsəd məlumat istifadəçilərini iqtisadi qərarlar qəbul edərkən bankın maliyyə vəziyyəti ilə bağlı apardıqları qiymətləndirmənin nəticələrinə və qərarların qəbul edilməsinə təsir göstərə bilən, bununla müxtəlif bankları səmərəli müqayisə etməyə imkan verən informasiya ilə təmin etməkdir.

“Bank Melli İran Bakı filialının 2015-cı il üzrə maliyyə hesabatlarının auditi “BEST AUDIT” MMC  tərəfindən aparılmışdır. Bankın  31 dekabr 2015-ci il tarixə balans hesabatı “İqtisadiyyat' qəzetinin 3 - 9 iyun 2016-cı il tarixli buraxılışının 4-cü səhifəsində dərc edilmişdir. Bank eyni zamanda  Azərbaycan Respublikası Mərkəzi Bankının 18 mart 2008- ci il  tarixli «Banklarda korporativ idarəetmə standartlarının tətbiqi» Qaydalarına əlavəyə əsasən “Bank  və onun fəaliyyəti barədə umumi məlumatları, “Bank kapitalının strukturu və onun adekvatlığı barədə məlumatları , “Bank risklərinin idarə edilməsi” barədə məlumatlar kütləvi informasiya vasitələrində açıqlamışdır.  (İqtisadiyyat qəzetində hesabat )

Reytinqlər:

  • Banka hər hansı təşkilat tərəfindən reytinq verilməmişdir.

Mükafatlandırma siyasəti:

  • Bankda mükafatlandırma sistemi mövcud deyil.

Səhmlər və digər qiymətli kağızlar haqqında məlumat:

Bankın təşkilati-hüquqi forması səhmdar cəmiyyət olmadığından səhm emissiya etmir, dividend siyasəti yürütmür. Bank filial olaraq tam şəkildə İran İslam Respublikasında yerləşən “Bank Melli İran”a məxsusdur və başqa investisiya qiymətli kağızları emissiya etmir. Bank digər təsərrüfat subyektlərinin kapitalında hər hansı paya malik deyildir.

Məlumatların açıqlamasında əsas məqsəd məlumat istifadəçilərini iqtisadi qərarlar qəbul edərkən bankın maliyyə vəziyyəti ilə bağlı apardıqları qiymətləndirmənin nəticələrinə və qərarların qəbul edilməsinə təsir göstərə bilən, bununla müxtəlif bankları səmərəli müqayisə etməyə imkan verən informasiya ilə təmin etməkdir.

Belə ki, müvafiq məlumatlar “Xalq Qəzet”inin 8 may 2010-cu il tarixli ?99(26449) saylı buraxılışının 12-ci səhifəsində dərc edilmişdir.