İş vaxtı 09:30-16:30, İstirahət günləri - Şənbə, Bazar

Bank Haqqında

Bank risklərinin idarə edilməsi

Bank Melli İran  Baki filialının risklərin idarə edilməsi siyasəti bankın ümumi strategiyasına uygun siyasətin bir hissəsi olub, əsas strateji hədəflərə çatma yolunda həyata keçirilməli bütüntədbirlərin ölçülməsi, qiymətləndirilməsi və risklərin  minimallaşdırılmasına yönəldilmiş tədbirlər toplusudur. Belə ki, bankımız orta və uzunmüddətli strateji dövr üçün  kiçik və orta biznesin  müştəri bazasının cəlb edilməsi,depozit və kredit portfelinin artımı proqnozlaşdırıldıgından müvafiq  olaraq kredit risklərinin, faiz dərəcəsi həssaslıgı riskləri, likvidlik risklərinin idarə olunması ön sıralarda yer almaqdadır.Bununla yanaşı  bankın ümumilikdə bazar risklərinin  və əməliyyat  risklərinin  də təsirinə məruz qaldıgını nəzərə alaraq bu qrup  risklərin müəyyən olunması,ölcülməsi,minimallaşdırılması üzrə də tədbirlər görülür.

Kredit risklərinin idarə olunması

Bankımız kredit risklərinun idarə olunması işinin təşkilini kredit portfeli üzrə müştərilərin qruplarına uygun – hüquqi şəxslər üçün  daxili reytinq sistemi, fiziki şəxslər üçün skoring sisteminin yaradılmasından başlamışdır.Sistemlərin yaradılması  bankın müştəri portfelinin təhlilinə, tarixi məlumat bazasının yaradılmasına  və müştərilərin  ehtimal olunan defolt səviyyəsinin hesablanmasına  xidmət edir. Bu zaman iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişaf və tənəzzül meylləri  təhlil  olunaraq  kredit portfelinin diversifikasiya olunmasına nəzər salınaraq tədbirlər həyata keçirilir.

Likvidlik risklərinin idarə olunması

Likvidliyin idarə olunması məqsədilə hər valyutada olan tələb və öhdəliklərin  ödəniş müddətləri üzrə bölgüsü  üzrə GAP təhlili  həyata kecirilir. Bankın iri müştərilərinin dövrü  tələbləri də araşdırılaraq təminat məqsədilə  müvafiq  tədbirlər həyata keçirilir.

Bazar risklərinin idarə olunması

Bankımız fəaliyyət sahəsindən, müştəri bazasından irəli gələrək bazar risklərinin  əsasını xarici valyuta riski təşkil edir ki, riskin minimallaşdırılması məqsədi AVM-nin mümkün dərəcədə 1 əmsalına  yaxın saxlanılması Baş İdarə tərəfindən  tövsiyyə olunmuş və bu göstəriciyə nəzarət olunması  ücün  daima hecləşmə  əməliyyatları aparılır.

Faiz dərəcəsi həssaslıgı riskinin İdarə olunması

Faiz dərəcəsi  həssaslıgı  riskinin idarə olunması məqsədilə cəmi faiz hesablanan maliyyə aktivləri və öhdəliklərinin intervalının müəyyən  olunması və faiz marjasının dəyişmə  meylləri araşdırılaraq nəticələr əldə olunur. Strateji hədəflərə nail olmaqla yanaşı verilən kreditlərin müddətləri, geri ödəniş müddətləri, faiz dərəcəsi və cəlb olunan vəsaitlərin müddətləri, geri ödəniş müddətləri, faiz marjası nəzərə alınmaqla qərarlar qəbul olunur.

Hecləşdirmə

Hecləşdirmə maliyyə alətlərinə investisiyaların qiymət dəyişmələrindən yaranan risklərin azaldılması vasitəsidir.Başqa sözlə investorlar öz aktivlərinin riskini digər investisiyalarla azaltmaq və ya limitləşdirməyə çalışırlar.

Bank Melli İran Bakı filialı hecləşdirmə vasiəsi kimi mənfi korrelyasiya əlaqəsində olan müxtəlif aktivlərə diversifikasiyan və valyuta risklərinin bağlanması məqsədilə forvard kontraktlarından istifadə edir.

12%-dən

başlayaraq

NAĞD KREDİTLƏRİ QAÇIRMAYIN!