Risklərin idarə edilməsi sistemi aşağıdakı müdafiə xətlərindən ibarətdir:
- I müdafiə xətti (Müştəri xidmətləri Departamenti, Kredit departamenti, Hesablaşmalar Departamenti)
- II müdafiə xətti (RİEKD, hüquq bölməsi)
- III müdafiə xətti (Audit Departamenti)
Risklərin idarə edilməsini həyata kecirən struktur və onun səlahiyyətləri:
- Bank Melli İran Baki filialinda risklərin idarə olunması Risklərin İdarə Edilməsi və Komplayens Departamenti tərəfindən həyata kecirilir;
- Bütün növ risk limitlərinə riayət olunmasına post-faktom həm kompüter sistemləri, həm də ehtiyac olduqda fiziki sənədlər vasitəsi ilə nəzarəti həyata keçirir;
- Mütəmadi olaraq, Filialın bütün fəaliyyəti üzrə risklilik göstəricilərini təhlil edir bu barədə konkret təkliflər hazırlayır və onları Filialın müdirinə təqdim;
- Risklərin idarə edilməsinin siyasətinin və proseduralarının layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
- Risklərin müəyyən olunması və ölcülməsi üzrə stanradtlar layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
- Bütün aktiv və passiv əməliyyatilar üzrə limitlər, onlara dəyişikliklər üzrə təkliflər hazırlayır və Filialın müdirinə təqdim edir;
- Risklərin idarə edilməsi üzrə təsdiq olunmuş siyasət və proseduralarla struktur bölmələrinin işçilərini tanış edir və bankdaxili seminarlar keçirir;
- Risklərin idarə edilməsi işində bankın bütün struktur bölmələrinə metodiki köməkliklər edir;
- Hər hansı məhsul və xidmət satışa çıxarılmamışdan əvvəl ona münasibət bildirir;
- Risklərin daima minimallaşdırılması üzrə təkliflər hazırlayır və Filialın müdirinə təqdim edir.