İş vaxtı 09:30-16:30, İstirahət günləri - Şənbə, Bazar
Bank Haqqında
Risk idarəetmə strukturu və səlahiyyətləri
Risklərin idarə edilməsi sistemi aşağıdakı müdafiə xətlərindən ibarətdir:
I müdafiə xətti (Müştəri xidmətləri Departamenti, Kredit departamenti, Hesablaşmalar Departamenti)
II müdafiə xətti (RİEKD, hüquq bölməsi)
III müdafiə xətti (Audit Departamenti)
Risklərin idarə edilməsini həyata kecirən struktur və onun səlahiyyətləri:
Bank Melli İran Baki filialinda risklərin idarə olunması Risklərin İdarə Edilməsi və Komplayens Departamenti tərəfindən həyata kecirilir;
Bütün növ risk limitlərinə riayət olunmasına post-faktom həm kompüter sistemləri, həm də ehtiyac olduqda fiziki sənədlər vasitəsi ilə nəzarəti həyata keçirir;
Mütəmadi olaraq, Filialın bütün fəaliyyəti üzrə risklilik göstəricilərini təhlil edir bu barədə konkret təkliflər hazırlayır və onları Filialın müdirinə təqdim;
Risklərin idarə edilməsinin siyasətinin və proseduralarının layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
Risklərin müəyyən olunması və ölcülməsi üzrə stanradtlar layihələrini hazırlayır və Filialın müdirinə təqdim edir;
Bütün aktiv və passiv əməliyyatilar üzrə limitlər, onlara dəyişikliklər üzrə təkliflər hazırlayır və Filialın müdirinə təqdim edir;
Risklərin idarə edilməsi üzrə təsdiq olunmuş siyasət və proseduralarla struktur bölmələrinin işçilərini tanış edir və bankdaxili seminarlar keçirir;
Risklərin idarə edilməsi işində bankın bütün struktur bölmələrinə metodiki köməkliklər edir;
Hər hansı məhsul və xidmət satışa çıxarılmamışdan əvvəl ona münasibət bildirir;
Risklərin daima minimallaşdırılması üzrə təkliflər hazırlayır və Filialın müdirinə təqdim edir.