Bankın inkişafı üzrə aşağıdakı uzun, orta və qısa dövr üzrə strateji baxışlarıı formalaşmışdır:
A. Uzunmüddətli strateji dövrdə (2019-2021)
Uzunmüddətli strateji dövrdə Bank əsas etibarı ilə kiçik və orta biznesə, xüsusən İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin iştirakçılarına xidmət göstərən, iki ölkənin iqtisadi inteqrasiyasında başlıca rol oynayan, aktivlərinin, depozit və kredit portfelinin həcminə görə bank bazarının ən azı 5%-nə malik, güclü komandası olan, stabil və gəlirli bir törəmə banka cevrilmək əsas hədəfdir.
B. Ortamüddətli strateji dövrdə (2019-2020)
Ortamüddətli strateji dövrdə kiçik və orta biznesin müştəri bazasına qoşulması ilə geniş müştəri şəbəkəsi yaratmaq əsas strateji hədəfdir.
C. Qısamüddətli strateji dövrdə (2019)
Qabaqcıl korporativ idarəetmə sistemlərinin əsaslanaraq, dayanıqlı və sağlam komanda formalaşdırmaq, keyfiyyətli kredit portfeli formalaşdırmaq, marketinq və satış işini, habelə müştəri xidmətinin təkmil standartlarını yaratmaq qısamüddətli dövr üçün əsas strateji hədəfdir.
2019-2021-cu illər üzrə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq üçün bank aşağıdakı layihələr üzrə əməliyyat planları hazırlayıb həyata keçirməlidir:
1. İnsan resurslarının idarəedilməsi sistemlərini yaratmaq
2. Marketinq və satış işini yenidən qurmaqla, müştəri xidəmtlərini «müştəri məmnunluğu» prinsiplərinə tam uyğunlaşdırmaq
3. Bankda xəzinədarlıq işini təkmilləşdirmək
4. Məlumat texnologiyaları və məlumat axınlarını təkmilləşdirmək
5. Maliyyə menecmenti işində səmərəli qabaqcıl metodların tətbiqi